Şriftin ölçüsü :

Saytın rəngi :

Karantin dövründə dini icmaların fəaliyyəti

14 avqust 2020 | 16:00

Avqustun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin, Qobustan və Şamaxı Rayon İcra Hakimiyyətlərinin (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə “Karantin dövründə dini icmaların fəaliyyəti” mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə Qobustan RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdir inin müavini, dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Şamaxı RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Rəşad Əliyev, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Elnur Mehdiyev və şöbənin əməkdaşları,   QMİ-nin səlahiyyətli nümayəndələri Mərəhmət Mustafayev, Elşən Rüstəmov, Şamaxı və Qobustan rayonlarına daxil olan məscidlərin icma sədrləri, imam və mütəvəlliləri iştirak ediblər.

Çıxışlar zamanı dini icmalara və dindarlara karantinin tələblərinə əməl olunması, kütləvi şəkildə toplaşmamaları, dini ayinlərini evlərində yerinə yetirmələri ilə bağlı tövsiyələr edilib. Daha sonra Məhərrəm ayının başlaması ilə əlaqədar müvafiq tapşırıqlar verilib.

Sonda iştirakçıların dini icmaların fəaliyyəti barədə fikirləri dinlənilib.

Keçidlər