Şriftin ölçüsü :

Saytın rəngi :

Dağlıq Qarabağ mübarizəsi və savaşı ümumxalq mübarizədir

28 sentyabr 2020 | 16:00

- Erməni siyasətinin mahiyyəti. 27 sentyabr tarixində baş vermiş hadisələr Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərdi.

- Ermənistan işğalçılıq siyasətindən əl çəkmir. Hadisələrin gedişatı onu göstərir ki, Ermənistanın 27 sentyabr tarixli hərbi əməliyyatı planlaşdırılmış təxribatdır. Bu səbəbdən də biz bütün ehtimal olunan ssenarilərə hazır olmalıyıq.

- Ermənistan iqtidarı çirkin üsullara müraciət edir. 27 sentyabr tarixli təxribat xarakterli hadisələr onu göstərdi ki, Ermənistan hakimiyyətinin əsas hədəfi Azərbaycan cəmiyyətində panika və təşviş yaratmaqdır.

- Dağlıq Qarabağ mübarizəsi və savaşı ümumxalq mübarizədir. Hadisələrin gedişatı ilə bağlı xalqın daim məlumatlandırılmasına dair ölkə başçısı tərəfindən verilən tapşırıq hökumətin hər zaman olduğu kimi, bu gün də xalqa arxalandığını göstərir.

- Xalq və ordu birliyi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcədə təxribatlar zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verir.

- Qələbələrimiz xalqın ruh yüksəkliyinin səbəbidir. Xalqın haqq tələbi, müharibəyə hazırlıq dərəcəsi və dövlətə inamı ruh yüksəkliyinin səbəbidir. Nümayiş olunan ruh yüksəkliyi qələbənin zəminidir. 

- Orduya inam, əsgərlərə güvən. Orduya könüllü kimi yazılanların sayı dayanmadan artması vətənpərvərliklə yanaşı, orduya olan inamdan irəli gəlir.

-  Güclü dövlət, güclü ordu. Ölkə başçısı tərəfindən ordu quruculuğuna ayrılan diqqət ölkəmizin hərbi gücünün dəstəklənməsi məsələsi reallaşan dövlət siyasətinin əsas prioritetlərdən olduğunu göstərir.

- Ermənistan hökuməti işğalçıdır. 27 sentyabr tarixli hadisələr bir daha onu göstərdi ki, Ermənistan işğalçıdır. Azərbaycan isə yalnız özünü müdafiə etmək üçün əks-hücum əməliyyatlarını həyata keçirib.

- Haqq mübarizəsi. 27 sentyabr tarixində Azərbaycana qarşı yönəlmiş təxribatlar və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin: “Bizim digər ölkənin torpaqları ilə işimiz yoxdur” fikri erməni işğalçı siyasətini ifşa edir.

- Şuşaya yaxınlaşdıran qələbələr. 27 sentyabr tarixində milli ordumuzun əks-əməliyyatları nəticəsində 7 yaşayış məntəqənin və 2 hündürlüyünün işğaldan azad olunması Azərbaycan xalqının böyük qələbəyə daha da yaxınlaşdırdı.

Keçidlər