Xocalı faciəsı yad edildi
26 fevral 2016 | 16:00
Xocalı faciəsı yad edildi
Bu gün Qobustan rayonunda Xocalı faciəsinin 24-cü il dönümü qeyd olundu. Rayon ictimaiyyətinin iştirakı ilə Şəhidlər Xiyabanı ziyarət olundu, xiyaban önünə qızılgüllər, tər qərənfillər düzüldü. Tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirildi. Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov cənabları geniş məruzə ilə çıxış etdi. Tədbir Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin, şəhər 2 saylı və şəhər 3 saylı tam orta məktəblərinin müəllim və şagird kollektivinin iştirakı ilə ” Xocalı Qan Yaddaşımızdır” adlı ədəbi-bədii kompozisiya ilə davam etdirildi.