Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin ümumrayon toplantısı

24 fevral 2016 | 16:00

Gənclərin ümumrayon toplantısı
24 fevral 2016-cı il tarixdə Gənclər Mərkəzində Qobustan rayon İcra Hakimiyyətinin və Gənclər və İdman idarəsinin təşəbbüsü və təşkilatçılığı ilə fəal gənclərin iştirakı ilə görüş keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə Güləliyeva, Gənclər və İdman idarəsinin rəisi Qadir Əkbərov, İcra Hakimiyyətinin şöbə müdiri Elman Mikayılov, YAP Qobustan rayon təşkilatının Gənclər Birliyinin sədri Daşqın Ağayev və müxtəlif sahələr üzrə fəal gənclər iştirak edirdilər. Tədbirin açılış mərasimindən sonra, ölkəmizdə gənclər siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı olan Azərbaycan Respublikasının  Prezident cənab İlham Əliyevin gənclərə göstərilən diqqət və qayğısını əks etdirən videoçarx nümayiş etdirilmişdir. Açılış mərasimindən sonra çıxış edən gənclər və idman idarəsinin rəisi Qadir Əkbərov, təkcə onu qeyd etmək kifayətdir ki, cənab Prezident rayonumuzda Gənclər Mərkəzi, Olimpiya İdman Kompleksi, Bayraq meydanı, Bağ-Bağat Mərkəzinin açılışını edərək gənclərin ixtiyarına vermişdir. Cənab Prezidentin Sərəncamı ilə rayonumuzda son 4 ildə 40 km-dən artıq yüksək keyfiyyətli yol çəkilmişdir ki, bu yollardan rayon əhalisinin 52 faizindən çoxu istifadə edir. Yolun əhatə etdiyi 10 yaşayış məntəqəsindən gənclərimizin rayon mərkəzinə gəlməsi, Gənclər Mərkəzi və İdman Kompleksindən istifadəsinə əlverişli imkan yaradır. Görülən bütün işlərə görə cənab Prezidentə Qobustan gəncləri adından öz minnətdarlığımızı bildiririk. Daha sonra çıxış edənlər İcra Hakimiyyətinin müavini Təranə Güləliyeva, İcra Hakimiyyətinin şöbə müdiri Elman Mikayılov, YAP Qobustan rayon təşkilatının Gənclər Birliyinin sədri Daşqın Ağayev və digərləri ölkəmizdə gənclərə yaradılan şəraitdən,onların idarəçilikdə qabağa çəkilməsindən, ölkəmizin idman ölkəsi kimi tanınması sahəsində görülən işlərdən geniş söz açmış və ölkəmizdə xalqın rifah halının yaxşılaşdırılması məqsədilə aparılan məqsədyönlü siyasətə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılmış və onların səsləndirdiyi təkliflərin bəziləri səsəvermə yolu ilə qəbul edilmişdir.

Keçidlər