Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımı münasibətilə gənclərin anım tədbiri keçirilmişdir

25 fevral 2016 | 16:00

Xocalı soyqırımı münasibətilə gənclərin anım
tədbiri keçirilmişdir
25 fevral 2016-cı il tarixdə Gənclər Mərkəzində Qobustan rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə anım tədbiri keçirilmişdir. Tədbirdə Qobustan rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Güləliyeva,gənclər və idman idarəsininn rəisi Qadir Əkbərov, Təhsil şöbəsinin nümayəndəsi İlqar Alcanov, R.Behbudov adına Qobustan rayon Uşaq İncəsənət məktəbinin direktoru Zaur Cəfərov, müəllimlərdən Abgül Babayev, Samir Rəhmanov və gənclər iştirak edirdi. Tədbir açıq elan edildikdən sonra,faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra faciəni əks etdirən videoçarx nümayiş etdirildi. Açılış mərasimdən sonra çıxış edən Qobustan rayon İcra Hakimiyyəti başçısının  müavini Təranə Güləliyeva beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoyulmadan həyata keçirilən bu soyqırım aktını xalqımızın azadlıq və müstəqillik istəyini məhv etməyə yönələn siyasi addım kimi qiymətləndirmişdir.  Qeyd olundu ki, ulu öndər Heydər Əliyev növbəti dəfə hakimiyyətə gəldikdən sonra faciəyə  siyasi-hüquqi qiyməti verildi. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü işlər həyata keçirilir.
Tədbirdə çıxış edən  gənclər və idman idarəsinin rəisi Qadir Əkbərov bildirdi  ki, Xocalı faciəsinin tanıdılması istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlər danılmazdır. Fondun vitse prezidenti Leyla Əliyevanın təşəbüssü ilə həyata keçirilən “Xocalıya ədalət ”kampaniyası faciənin dünya ictimaiyyətinə çatdıırlmasında mühüm rol oynayır.
Digər çıxış edənlər də, xalqımıza qarşı törədilən  Xocalı soyqırımının tanınması ilə bağlı əldə olunan təqdirəlayiq nəticələr onu deməyə əsas verir ki, bu faciəni törədənlər gec-tez ədalət mühakiməsi qarşısına çıxacaq, öz dəhşətli cinayətlərinə görə cavab verməli olacaqlar.
Sonda məktəblilərin ifasında ədəbi bədii kompozisiya nümayiş etdirildi.

Keçidlər