Bədən tərbiyəsi və İdman günü qeyd olundu
Bədən tərbiyəsi və İdman günü qeyd olundu
Qobustan rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 04 mart 2016 –cı il tarixdə Gənclər Mərkəzində 5-mart Bədən Tərbiyəsi və İdman günü münasibətilə tədbir keçirmişdir.Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.Daha sonar tədbir Gənclər Mərkəzində davam etdirilib.Tədbirdə Qobustan rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Güləliyeva,gənclər və idman idarəsinin rəisi Qadir Əkbərov,Qobustan Olimmpiya İdman Kompleksinin direktoru Famil İsmayılov və rayonun idman xadimləri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan Qobustan rayon Gənclər və İdman İdarəsinin rəisi Qadir Əkbərov , ölkəmizdə idman siyasətinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirmişdir.Bu siyasət hazırda dövlətimizin başçısı cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Beynəlxalq yarışların ölkəmizdə keçirilməsi cənab Prezident İlham Əliyevin apardığı uğurlu idman siyasətinin nəticəsidir.Demək Azərbaycan xalqının fiziki sağlamlığına çalışan Prezident İlham Əliyev idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlayır, həmişə respublikamızın idman imicinin yüksəlməsinə çalışır. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, Respublikamızda idmanın kütləviləşməsinə xidmət edir.Sonra 2015-ci il ərzində idmançılıarımızın uğurlarından danışaraq bir daha idmançılarımıza gələcək yarışlarda uğurlar arzulamışdır. Ölkə rəhbərinin idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları bu sahədə hər kəsi səfərbər edir. İndi nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir olimpiya idman kompleksləri fəaliyyət göstərir. Bir-birinin ardınca istifadəyə verilən Olimpiya İdman Komleksləri indi bölgə idmanının inkişafında da mühüm rol oynayır.Sonra idmançılarımızın 2015-ci ildəki nailiyyətləri haqqında məlumat vermiş və gələcək yarışlarda onlarda uğurlar arzulamışdır. Daha sonra çıxış edən Qobustan rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Güləliyeva, idman sahəsində də qazandığı böyük uğurları təbii olaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərə təsadüf etməsini tamamı ilə məntiqi və qanunauyğunluq olaraq səciyyələndirdi. Gəncləri idman vasitəsi ilə layiqli vətəndaş kimi yetişdirmək, kütləvi bədən tərbiyəsi vasitəsilə xalqın fiziki sağlamlığına nail olmaq, peşəkar idmançılara hərtərəfli dəstək verərək onların gücü ilə Azərbaycanı dünyaya tanıtdırmaq Heydər Əliyevin idman siyasətinin məqsədi və mahiyyəti idi. Bu gün bu uğurlu yol Ulu Öndərin böyük ideyalarının layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Digər çıxış edənlər də,ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və qayğıya görə,onlara yaradılan şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Sonda yarışlarda uğur qazanmış idmançılara və bədən tərbiyəsi və idman sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup şəxsə gənclər və idman idarəsinin fəxri fərmanı verilmişdir.