Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniyanın fərdi və ictimai təhlükələri

25 dekabr 2020 | 16:00

25 dekabr 2020-ci il tarixində Qobustan şəhərində Qobustan rayonu İcra hakimiyyəti və Dini Qurunlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyanın fərdi və ictimai təhlükələri” mövzusunda onlayn tədbir keçirilmişdir.
   Tədbirdə Qobustan rayonu İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı A.H.Şikarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsinin əməkdaşı N.Babaşov, Qobustan RPŞ-nin Cinayət-axtarış bölməsinin rəisi R.Abdulkərimov, Qobustan şəhər Heydər məscidi dini icmasının sədri Ç.Babaşov, Qobustan şəhər 3 saylı məktəbin direktoru Ə.Abduləzizov, həmin məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak etmişlər.
  Tədbiri giriş sözü ilə açan A.Şikarov iştirakçıları Vətən Müharibəsində qazanılmış  Qələbə münasibətilə təbrik etmiş və bu Qələbəni Azərbaycan xalqına bəxş edən Möhtərəm Prezidentimizi doğum günü münasibətilə tədbir iştirakçıları adından təbrik etmişdir.
   A.Şikarov çıxışında narkomaniya ilə bağlı problemlərin ölkəmiz və rayonumuzda mövcudluğundan, onun yaratdığı fərdi və ictimai təhlükələr barədə ətraflı danışaraq bu bəla ilə mübarizədə hamını fəal olmağa çağırdı.
   Tədbirdə çıxış edən N.Babaşov narkomaniya ilə mübarizədə profilaktik maarifləndirici tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğuladı.
    R.Abdulkərimov, Ə.Abduləzizov, Ç.Babaşov və digər tədbir iştirakçıları öz çıxışlarında hər bir kəsi narkomaniya ilə mübarizədə biganə qalmamağa, rayon ərazisində bu bəlanın yayılmasının qarşısının alınmasında əməli tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğuladılar.

Keçidlər