Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlik məqamı və 20 Yanvar şəhidləri

21 yanvar 2021 | 16:00

20 yanvar 2021 - ci il tarixdə Qobustan və Şamaxı rayon İcra Hakimiyyətlərinin,Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə Qaziliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin  birgə təşkilatçılığı ilə "Şəhidlik məqamı və 20 Yanvar Şəhidləri" mövzusunda online tədbir keçirilmişdir.

20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir yanvarın 20-də Qobustan Rayon İcra Hakimiyyəti, Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsi, Şamaxı Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə “Şəhidlik məqamı və 20 Yanvar şəhidləri” mövzusunda keçirilib.

Çıxışlar zamanı 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc əhaliyə qarşı törədilən kütləvi qırğın barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi yolunda canlarını fəda etmiş şəhidlərin, günahsız Qanlı Yanvar qurbanlarının şücaəti daim yüksək qiymətləndirilir, onların ruhuna ehtiram göstərilir.

Sonda Vətən uğrunda canından keçən şəhdilərimiz üçün dualar oxunub.

Keçidlər