Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətən sevgisi imandandır” adlı videokonfrans

29 yanvar 2021 | 16:00

Qobustan rayonunda Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Vətən sevgisi imandandır” mövzusunda videokonfrans formatında tədbir keçirilmişdir.

29 yanvar 2021-ci il tarixində Qobustan rayonunda Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Vətən sevgisi imandandır” mövzusunda videokonfrans formatında tədbir keçirilmişdir.

Tədbirdə İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı A.Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı N.Babaşov, Qobustan RİH başçısının Cəyirli kənd İƏD üzrə nümayəndəsi Q.Axundov, Heydər məscidi dini icmasının sədri Ç.Babaşov, Cəyirli kənd məscidi dini icmasının sədri M.Axundov, Cəyirli kənd tam orta məktəbinin direktoru M.Əliyev, məktəbin müəllim və şagirdləri iştirak edirdilər.

Tədbirdə çıxış edənlər vətən sevgisi haqqında geniş və ətraflı söhbət açmış, məhz ümumxalq vətən sevgisinin bariz nümunəsi kimi Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuzun Vətən Müharibəsində qazandığı Qələbəni qeyd etmişlər.

  

  

Keçidlər