Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Cahangir Baxışovun Doğum Günü

01 aprel 2021 | 16:00

Bu gün  torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərdən birinin, Baxışov Cahangir Əmrah oğlunun doğum günüdür. Cahangir Baxışov Vətən müharibəsində əsgər kimi şərəfli döyüş yolu keçmişdir. Müharibədə göstərdiyi rəşadətə görə o, “Vətən uğrunda”medalı ilə təltif olunmuşdur.
Şəhidin doğum günü ilə əlaqədar oxuduğu Nardaran kənd məktəbinin  bir qrup müəllim və şagirdləri onun abidəsi önünə getmiş və xatirəsini ehtiramla yad etmişlər.
Qobustan rayon İcra Hakimiyyəti Başçısı Aparatının üzvləri Cahangir Baxışovun doğum günündə şəhidin məzarını ziyarət etmiş, məzarı üzərinə gül dəstləri qoymuşdur.
Qobustan RİHBA-nın üzvləri ziyarətdə iştirak edən şəhid valideyinləri ilə söhbət etmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirmiş, Vətənimiz üçün gərəkli övlad böyütdükləri üçün onlara təşəkkür etmiş və şəhid ailələri, Vətən müharibəsi iştirakçıları  ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır.
Şəhid atası Əmrah Baxışov dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldığını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını ifadə etmişdir.

 

Keçidlər