Şriftin ölçüsü :

Saytın rəngi :

2016-ci il aprel şəhidlərinin anım tədbiri keçirilmişdir.

05 aprel 2021 | 16:00

05.04.2021 ci il tarixdə Qobustan RİH-nin təşkilatçılığı ilə  2016-ci il aprel şəhidlərinin anım tədbiri keçirilmişdir.
Anım tədbirində Qobustan rayon İcra Hakimiyyətinin, Qobustan rayon Gənclər və İdman İdarəsinin,  DQİK –nin  Şamaxı bölgəsi üzrə şöbəsininn nümayəndələri , din xadimləri və bir qrup Vətən müharibəsi iştirakçıları tərəfindən Aprel Şəhidi Orxan Müstəcəbovun məzarı ziyarət edildi.
Tədbirdə çıxış edənlər qeyd etdilər ki, 2016-cı ildə Şanlı Zəfərimizin başlanğıcı sayılan "Aprel döyüşləri" tariximizə qızıl hərflərlə yazılmışdır.
Vətən uğrunda gedən döyüşlərdə 5 aprel tarixində qəhrəmancasına döyüşərək həlak olan Qobustan rayon Bədəlli kənd sakini Müstəcəbov Orxan Ələsgər oğlunun şəhid olmasının 5-ci il dönümü hörmətlə anıldı.
Şəhidlər ölməz, Vətən bölünməz!

 

Keçidlər