Şriftin ölçüsü :

Saytın rəngi :

Deputat Şahin Seyidzadə Qobustan şəhər sakini olmuş şəhid Hacıyev Sərxan Eldar oğlunun məzarını ziyarət etdi.

26 aprel 2021 | 16:00

Deputat Şahin Seyidzadə Qobustan şəhər sakini olmuş şəhid Hacıyev Sərxan Eldar oğlunun məzarını ziyarət etdi.
  Şəhid Sərxan Hacıyev 8 iyul 1990-cı ildə Qobustan şəhərində anadan olmuş və orta təhslini burada bitirmişdir. Qarabağın azad olunması uğrunda gedən "Dəmiryumruq" əməliyyatları zamanı 30 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon Bölməsindən könüllü olaraq cəbhəyə yollanmışdır.
  Ailəsi, dostları və onu tanıyan hər kəsin xatirəsində məktəb illərində olduğu kimi vətənpərvərliyi, mübarizliyi və qorxmazlığı ilə yadda qalan Sərxan 23 oktyabr 2020-ci il tarixində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ali Baş Komandan İlham Əliyev tərəfindən Qobustan rayon şəhidi Sərxan Hacıyev "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!


 

Keçidlər