"AZƏRXALÇA"
05 may 2021 | 16:00
"AZƏRXALÇA"
Heydər Əliyev Fondunun təşəbbüsü ilə xalçaçiliq emalatxanasına 30 nəfər gəncin ekskursiyası təşkil olunmuşdur
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 noyabr 2016-cı tarixli Sərəncamı ilə hər il may ayının 5-i Azərbaycan Respublikasında "Xalçaçı Günü" peşə bayramı kimi qeyd olunur.
Bu məqsədlə Qobustan rayon Gənclər və İdman idarəsi,Qobustan Gənclər Evi kollektivi və bir qrup gənc könüllülərimiz "Azərxalça" ASC-nin Qobustan filialına səfər etmişlər.
Xalçaçılıq sənəti əsrlərin yadigarı olan milli sərvətimizdir.
Ümummilli lider Heydər Əliyevin də dediyi kimi: "Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür"