"Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti”
Qobustan rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusunda onlayn seminar keçirilib.
Seminarda Qobustan RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Nahid Babaşov, Qobustan rayon təhsil şöbəsinin A.Quliyev adına Cəyirli kənd tam orta məktəbinin direktoru Mais Əliyev, "İmamZaman" məscidinin dini icma sədri, imamı Məzahir Axundov, gənclər, müəllim və şagird kollektivi iştirak ediblər.