Şriftin ölçüsü :

Saytın rəngi :

"Vətən müharibəsi qəhrəmanı " medalını şəhid gizir Elyar Vəliyevin oğluna Qobustan rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədov təqdim etdi.

05 iyul 2021 | 16:00

Azərbacan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə gizir Elyar Arif oğlu Vəliyev ölümündən sonra “Vətən müharibəsi qəhrəmanı” medalı ilə təltif edilmişdir. Qobustan rayon İcra Hakimiyyətində medalının təqdimedilməsi mərasimi keçirilmişdir.
Tədbirdə Şəhidin həyat yoldaşı və oğlu, Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinin Qobustan bölməsinin İdarəsinin rəisi İxtiyar Əhmədov, Qobustan rayon İcra Hakimiyyəti başçısının müavinləri iştirak edirdilər.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısı Adil Məmmədov  bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elyar Vəliyev "Vətən müharibəsi qəhrəmanl " medalı ilə təltif edilmişdir.
"Vətən müharibəsi qəhrəmanı " medalının şəhid gizir Elyar Vəliyevin oğluna Qobustan rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədov təqdim edərək söylədi ki, Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda ən uca Zirvə - Şəhidlik məqamına yüksələn igid Vətən oğulları ilə fəxr edirik. Şəhidin həyat yoldaşı ərinin Vətən uğrunda həlak olduğunu və bununla fəxr etdiyini dedi. O, ərinin xatirəsinin əziz tutulduğuna, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi.”
Qeyd edək ki, Vəliyev Elyar Arif oğlu 1991-cü ildə Qobustan rayonu Sədəf kəndində anadan olmuşdur. Orta məktəbi öz doğulub boya başa çıxdıqı kəndə oxumuşdur.  Mehriban, təvazökar gözləri həyat eşqi ilə alışıb yanan bu oğlan qısa müddətdə həm müəllimlərinin, həm də sinif yoldaşlarının sevimlisi olmuşdu. Bu dəliqanlı, yerə göyə sığmayan oğlanın peşə seçimi də bizi təəccübləndirmədi. Hərb yolunu seçdi. O, hərbi xidmətini Xüsusi Təyinantlı dəstənin tərkibində etmişdir. Hərbiyə olan həvəsi onu xidmətini bitirdikdən sonrada qalıb müddətdən artıq xidmət etməyə sövq etmişdir. Xüsusi təyinantlı dəstənin tərkibində xidmət edən Elyar Vəliyev Gizir rütbəsini almışdır. ELYAR vəliyev Torpaqlarımızın tezliklə işğaldan azad olacaqını deyirdi. Azərbaycan ordusunun giziri olan Elyar Vəliyev 2020-ci il sentiyabrın 27-də Azərbaycan Silahlı qüvvələri tərəfindən  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elyar Vəliyev oktyabrın 19-da Qubadlı döyüşləri zamanı Qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid gizir Elyar Vəliyev  "Vətən müharibəsi qəhrəmanı " medalı ilə təltif edilmişdir.

 

Keçidlər