Cənnətdəki ilk doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi Hacıyev Sərxan Eldar oğlunun doğum günüdür.
Şəhidlik - insanın Vətənə olan sevgisinin həyat-ölüm astanasında qeyd-şərtsiz şəhadət tapdığı ali məqamdır. Şəhidlər Vətən savaşından məğrurluqla çıxıb, bir anın içində milyonların əzizinə, Vətən oğluna çevrilib ölümü ilə də bu torpağı şərəfləndirənlərdir. Vətən, şəhidlərin mübarək çiyinlərində sabahlayır. Buna görə də onlar and yerimiz, qürur mənbəyimizdir! Ürəyi Vətən eşqi ilə döyünən igidlərdən biri də Sərxan Hacıyev idi.
Bu gün onun doğum günüdür!
Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!
Hacıyev Sərxan Eldar oğlu 08.07.1990-cı ildə Qobustan şəhərində anadan olmuşdur. Sərxan Hacıyev 27 sentiyabrda başlanan Vətən müharibəsinə könüllü olaraq qatılmışdır. Müharibədə göstərdiyi rəşadətə görə o,ölümündən sonar Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında “Vətən uğrunda”medalı və "Füzulinin azad edilməsi" medalları ilə təltif edilmişdir.
Qobustan rayon İcra Hakimiyyəti Başçısı Aparatının üzvləri Hacıyev Sərxan Eldar oğlunun doğum günündə şəhidin məzarını ziyarət etmiş, məzarı üzərinə gül dəstləri qoymuşdur.
Qobustan RİHBA-nın üzvləri ziyarətdə iştirak edən şəhid valideyinləri ilə söhbət etmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirmiş, Vətənimiz üçün gərəkli övlad böyütdükləri üçün onlara təşəkkür etmiş və şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır.
Şəhid atası Hacıyev Eldar dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldığını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını ifadə etmişdir
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!