Şriftin ölçüsü :

Saytın rəngi :

“Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi!”

08 iyul 2021 | 16:00

Qobustan Rayon İcra Hakimiyyətinin(QRİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Şamaxı bölgəsi üzrə şöbəsinin və Qobustan Rayon Gənclər və İdman İdarəsinin  birgə təşkilatçılığı ilə “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi!” mövzusunda  onlayn seminar keçirilib.
  Seminarda Qobustan RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov,DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin məsləhətçisi Nahid Babaşov, Qobustan rayon Gənclər və İdman İdarəsinin rəisi Qadir Əkbərov, eləcə də idarənin əməkdaşları, Qobustan rayon Heydər Əliyev Mərkəzinin direktoru Cahangir Ağaməmmədov,  məktəb direktorları, müəllim kollektivi,könüllülər, şagirdlər və fəal gənclər iştirak ediblər.
Çıxışlar zamanı vurğulanıb ki, Azərbaycan vətəndaşı olaraq hər birimiz müstəqilliyimizin, dövlətimizin,sabitliyimizin və rəhbərlərimizin qədrini bilməliyik. Ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, əmin-amanlıq, dövlət-din münasibətlərinin sağlam şəkildə tənzimlənməsi və surətli iqtisadi inkişafımızın kimlərisə narahat etməsi heç kim üçün sirr deyil. Öncə Azərbaycan Respublikası vətəndaşı olmağımızın məsuliyyətini dərk edərək bəzi xarici dini mərkəzlərin və ideologiyaların təsirindən uzaq duraraq ölkəmizin uğurlu inkişafına töhfə verməliyik. Bir vətəndaş olaraq biz də ölkə rəhbərliyinə əməli fəaliyyətimizlə kömək etməli, xüsusilə dini-ideoloji təhlükəsizliyin təminatında yaxından iştirak etməliyik.
Sonda iştirakçıları maraqlandıran sullar cavablandırılıb.

Keçidlər