Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdəki ilk doğum günün mübarək şəhidim.

23 iyul 2021 | 16:00

Cənnətdəki ilk doğum günün mübarək şəhidim.  Bu gün  Şəhid Nadirov Fədail Fərhad oğlunun doğum günüdür.


Fədail Nadirov 1999-cu il iyulun 23-də Qobustan rayonunun Bədəlli kəndində anadan olub. Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu  olan Fədail Nadirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.  Fədail Nadirov oktyabrın 26-da Füzuli uğrunda gedən  döyüşlər  zamanı şəhid olub. Qobustan rayonunun Bədəlli kəndində dəfn olunub.
Qobustan rayon İcra Hakimiyyəti Başçısı Aparatının üzvləri  və Qobustan rayon Hərbi Komissarı  Nadirov Fədail   Fərhad  oğlunun doğum günündə şəhidin məzarını ziyarət etmiş, məzarı üzərinə gül dəstləri qoymuşdur.
   Qobustan RİHBA-nın üzvləri ziyarətdə iştirak edən şəhidin  valideyinləri  ilə söhbət etmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirmiş, Vətənimiz üçün gərəkli övlad böyütdükləri üçün onlara təşəkkür etmiş və şəhid ailələri, Vətən müharibəsi iştirakçıları  ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır. Doğum günü tədbirində Şəhidimizin atası Nadirov Fərhada  şəhid  övladının "Füzulinin azad olunmasına görə" medalı  təqdim olundu.   Daha sonra şəhidimiz Nadirov Fədail Fərhad oğlunun xatirəsinə həsr olunmuş onun adını daşıyan bulağın açılışı oldu.
   Şəhid atası Nadirov Fərhad dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldığını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını ifadə etmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fədail Nadirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fədail Nadirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Keçidlər