Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda əhalinin pulsuz kütləvi tiibi müayinəsi müvəffəqiyyətlə davam edir

04 aprel 2016 | 16:00

Qobustan rayonunda əhalinin pulsuz kütləvi tiibi müayinəsi müvəffəqiyyətlə davam edir

     Qobustan rayonunda əhalinin tibbi müayinəsi davam edir.
    Mərkəzi rayon xəstəxanasından bildiriblər ki, bölgə üzrə 44 min 749 nəfər kütləvi tibbi müayinədən keçirilməlidir. Kampaniya başlanandan – fevralın 15-dən bəri 16 min 285 nəfər müayinə olunub.
     Tibbi müayinə mərkəzi rayon, Sündü və Təklə kənd sahə xəstəxanalarında, habelə 4 xüsusi səyyar briqada tərəfindən aparılır. Hərtərəfli tibbi müayinə olunanlardan indiyədək 1286 nəfəri ambulator, 59 nəfəri stasionar müalicəyə cəlb edilib, 64 nəfəri isə əlavə müayinə və müalicə üçün Bakı şəhərinə göndərilib.
    Hazırda qrafik üzrə əhalinin qalan hissəsi müayinədən keçirilir. Səyyar briqadalar vasitəsilə əlil və ahıl insanların tibbi müayinəsi evlərdə aparılır.
    Sakinlər onların sağlamlığının qorunması məqsədilə keçirilən bu aksiyaya görə onun təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıq edirlər.

Keçidlər