Şriftin ölçüsü :

Saytın rəngi :

" Qarşıdan gələn Məhərrəm Ayı və rayon əhalisinin vaksinasiyaya cəlb edilməsi ilə bağlı dini icmalar qarşısında duran vəzifələr" mövzusunda onlayn seminar.

02 avqust 2021 | 16:00

30 iyul 2021 - il tarixində Qobustan şəhərində Qobustan Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə " Qarşıdan gələn Məhərrəm Ayı və rayon əhalisinin vaksinasiyaya cəlb edilməsi ilə bağlı dini icmalar qarşısında duran vəzifələr" mövzusunda onlayn seminar - müşavirə keçirilmişdir.
Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti Aparatının İctimai - siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı A. Şikarov, DQİDK- nin Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı N. Babaşov və rayonun dini icma rəhbərləri iştirak edirdilər.

Keçidlər