Şriftin ölçüsü :

Saytın rəngi :

Sündü kənd tam orta məktəbinin açlışı.

16 sentyabr 2021 | 16:00

2019 -cı il 7 may cənab Prezidentin sərəncamına əsasən  2019- cı ilin 19 oktyabrından “MMZ” tikinti şirkəti tərəfindən lnşasına başlanılan 360 yerlik Qobustan rayon Sündü kənd tam orta məktəbinin açlışı olub.
Qobustan rayon Sündü kənd tam orta məktəbi 2 mərtəbəli  7 kabinet Kimya, Fizika, Biologiya, İnforimatika, Hərbi otaq, Texnologoya otağı ,qızlar və oğlanlar üçün  120 yerlik akt zalı, 52 yerlik yeməkxana, İdman zalı, Tibb otağı, Kitabxana, Qardirob,  Müəllimlər otağı, Müavinlər üçün otaqlar, Direktor otağı, 3 sanitar qovşağı, Qazanxana, Açıq idman meydançası, 2 ədəd hər-biri  60 m3 su anbarı,  Zirzəmi və butün otaqlar  mebellə  təmin olunub,  tərtibatı ilə birlikdə.
Qobustan rayon Sündü kənd tam orta məktəbinin açılışında RİH başçısı Adil Məmmədov, 3 saylı ƏMHM-nın rəisi Elxan Cavadov , Qobustan rayon Təhsil şöbəsinin müdiri Tahir Səbzalıyev məktəb direktoru Ziya Məlikov iştirak edib.

Keçidlər