Şriftin ölçüsü :

Saytın rəngi :

”Erkən nikah problemi və ona qarşı mübraziə yolları”

24 sentyabr 2021 | 16:00

Sentyabrın 23-də Qobustan Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş  üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin birgə  təşkilatçılığı ilə”Erkən nikah problemi və ona qarşı mübraziə yolları” mövzusunda onlayn tadbir keçirilib.
  Tədbirdə Qobustan RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə  şöbəsinin əməkdaşı Nahid Babaşov, Heydər Əliyev Mərkəzinin  direktoru cahangirAğaməmmədov, Qobustan şəhər Heydər məscidinin icma sədri Çingiz Babaşov,  məktəb direktorları, şagirdlər, fəal gənclər  iştirak ediblər..
Çıxışlar zamanı vurğulanıb ki, erkən nikahın səbəbləri, nəticələri və bu problemlərlə bağlı digər bir sıra məsələlərdən danışılıb. gələcək ailələrin sağlam təməllər üzərində qurulmasında gənclərin böyük rolu olduğu vurğulanıb. Erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışılıb.Bildirilib ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılmasının  zəruriliyi bir daha vurğulanıb.
     Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər