Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunda 27- sentyabr “Vətən Müharibəsi Şəhidlərinin Anım Günü” ərəfəsində ağacəkmə aksiyası keçirilmişdir.

27 sentyabr 2021 | 16:00

27 sentyabr 2020-ci il tarixdə Qobustan rayon Şəhidlər Xiyabanında şəhidlərin “anım günü”nə həsr edilmiş tədbir keçirildi. Tədbirdə Şəhid ailələri, Qazilər, Qobustan rayon İcra hakimiyyəti başçısı Adil Məmmədov, aparat işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə rəhbərləri və rayon ictimayyəti iştirak etdilər.
   Tədbir 3 hissədən ibarət idi. Birinci hissədə Şəhidlər Xiyabanında “Qobustan  Şəhidləri” adlı lövhənin qarşısına tər gül dəstələri qoyuldu, rayonun axundu Babaşov Çingiz bütün şəhidlərin əziz xatirəsinə dualar oxudu. İkinci hissə Qobustan rayon H.Əliyev Parkında “Vətən Var Olsun” şüarı altında flaşmob göstərildi, ədəbi-musiqili kompozisiya təqdim edildi. Qobustan rayon H.Əliyev parkında bütün respublikada olduğu kimi saat 12-00 da Vətən Müharibəsinin şəhidlərinin xatirəsi 1 (bir) dəqiqəlik sükutla yad edildi. Tədbirin üçüncü hissəsi Qobustan rayon Elyar Vəliyev küçəsində, Şəhidlər Xiyabanının ətrafında və H.Əliyev Prospektində 500 ədəd ağacın əkilməsi aksiyası keçirildi.

Keçidlər