VƏTƏN MÜHARİBƏSİNDƏ QOBUSTAN RAYONUN İLK ŞƏHİDİ TƏHMƏZOV RƏŞAD QƏRİB OĞLUNUN ANIM GÜNÜ
Təhməzov Rəşad Qərib oğlu 12 yanvar 2002-ci ildə Qobustan rayon Ərəbşalbaş kəndində anadan olmuşdur.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi başladıqdan sonra döyüşlərə qoşulmuşdur. Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 30.09.2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Doğulduğu Qobustan rayonun Ərəbşalbaş kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təhməzov Rəşad Qərib oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Şəhidin ailəsinin yaşadığı Xəzər rayonunda keçirilən anım mərasimində şəhidin ailə üzüvləri yaxınları və Qobustan rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak etmişdir. Çıxış edənlər bir il öncə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverənliyi uğrunda başlamış və ordumuzun inamlı zəfəri ilə başa çatmış Vətən Müharibəsinin, Azərbaycanın tarixindəki önəmindən və Təhməzov Rəşad Qərib oğlunun timsalında bütün şəhidlərmizin qəhrəmanlığından danışmış və onların əziz xatirəsinin daim qəlbimizdə yaşayacağın bildirmişlər.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə müharibə əlillərinə daim diqqət və qayğı göstərdiyini və onların bütün sosial problemlərnin həll olunması üçün bütün ölkə səviyyəsində görülən işlərdən danışılıb.
Şəhidin valideyinləri anım mərasimindəki çıxışlarında vətən üçün Rəşad kimi övlad böyütdükləri üçün qürurlu olduqlarını bildirdilər və bütün şəhidlərmizin əziz xatirəsini yad etdilər. Ölkə rəhbərliyi səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyev cənablarına öz təşəkkürlərini bildirdilər.