Şriftin ölçüsü :

Saytın rəngi :

QOBUSTAN RAYON ŞƏHİDİ MECDUNOV XALİD ZAHİR OĞLUNUN ANIM GÜNÜ QEYD OLUNDU.

05 oktyabr 2021 | 16:00

Mecdunov Xalid  Zahir oğlu 1995-ci il fevralın 20-də Qobustan rayonunun Poladlı kəndində anadan olub.

   Mecdunov  Xalid 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun çavuşu olan Xalid Mecdunov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Xalid Mecdunov oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub. Qobustan rayonunun Poladlı kəndində dəfn olunub.
Azərbaycanın Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Mecdunov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Mecdunov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi
      Şəhidin doğulduğu  Poladlı kəndində  keçirilən anım  Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı, RİH-in məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Rayon rəhbəri şəhidin ailəsinə başsağlığı verib, sonra çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan, həyatları bahasına torpaqlarımızı işğalçılardan azad etdiyini vurğulayıb.
Daha sonra  Çıxış edənlər  bir il önc Ali Baş Komandanın rəhbərliyi ilə  Azərbaycanın Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda başlamış və ordumuzun inamlı zəfəri ilə başa çatmış Vətən Müharibəsinin Azərbaycanın tarixindəki önəmindən və    Mecdunov Xalid Zahir  oğlunun timsalında bütün şəhidlərmizin qəhrəmanlığından danışmış  və onların əziz xatirəsinin daim qəlbimizdə yaşayacağın bildirmişlər.
  Poladli kəndindən olan şəhidlərin xatirəsinə inşa edilmiş bulağın açılışı oldu.
  Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə müharibə əlillərinə daim  diqqət  və qayğı   göstərdiyin və  onların bütün sosisal problemlərnin həll olunması üçün bütün ölkə səviyyəsində görülən işlərdən danışılıb.
Şəhidin valideyinləri anım mərasimindəki çıxışlarında vətən üçün Xalid kimi  övlad böyütdükləri üçün qururlu olduqların bildirmişdirlər və bütün şəhidlərmizin əziz xatirəsin yad etdilər. Ölkə rəhbərliyi səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyev cənablarına öz təşəkkürlərin bildirdilər.

Keçidlər