Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətənpərvərlik, nümunəsi: şəhidlik və qazilik”

08 oktyabr 2021 | 16:00

Oktyabrın 7-də Qobustan Rayon İcra Hakimiyyətinin Dini Qurumlarla İş  üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin birgə  təşkilatçılığı ilə “Vətənpərvərlik, nümunəsi: şəhidlik və qazilik” mövzusunda seminar keçirilib.
  Seminarda Qobustan RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə  şöbəsinin əməkdaşı Nahid Babaşov, Qobustan Rayon Təhsil şöbəsinin müdiri Tahir Səbzaliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon bölməsinin rəsinin müavini kapitan Əzizov Samir,Gənclər və İdman İdarəsinin rəis müavini Vüqar Mürsəlov,.müəllim kollektivi və şagirdlər iştirak ediblər..
Çıxışlar zamanı vurğulanıb ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bu xalq öz vətənini daima qorumağa hazır olan mətin gənclər yetişdirib. Həmin gənclər indiki və gələcək nəsil üçün bir örnək, bir nümunədir. Məhz bu baxımdan, erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında canlarını düşmən gülləsinə sipər edən qəhrəman gənclərimizin ibrətamiz həyatı, şəxsi nümunəsi hərbi-vətənpərvərlik tərbiyəsi işində ön plana keçib. Müstəqil dövlətdə yaşayan hər bir gənc, ilk növbədə, bu dövlətin müstəqilliyinin təmin olunması və qorunmasını özünün əsas vəzifəsi və məqsədi hesab etməlidir. Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də vətən övladları - gənclərdir. Vətən uğrunda qəhrəmancasına həlak olmuş neçə-neçə oğul və qızlarımız var. Odur ki, gənclər Vətəni sevməklə yanaşı, onun üçün canını, qanını fəda etməyə hazır olmalıdır,çünki Vətən bizim ən müqəddəs yerimiz, səcdəgahımızdır. Onu qorumaq da məhz biz vətəndaşların ən başlıca məqsədi və borcu sayılıb.
   Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər