Şriftin ölçüsü :

Saytın rəngi :

QOBUSTAN RAYON ŞƏHİDİ BAXIŞOV CAHANGİR ƏMRAH OĞLUNUN ANIM GÜNÜ

11 oktyabr 2021 | 16:00

QOBUSTAN RAYON ŞƏHİDİ BAXIŞOV CAHANGİR ƏMRAH OĞLUNUN ANIM GÜNÜ QEYD OLUNDU.

Cahangir Baxışov 1 aprel 2001-ci ildə Qobustan rayonun Nardaran  kəndində anadan olmuşdur.
Cahangir Baxışov  2 aprel 2019-cu il  9 oktyabr 2020-ci il tarixində   Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Silahlı Qüvvələrinin  müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Cahangir Baxışov 2020-ci il sentyabrın 27-də   başlanan Vətən müharibəsi zamanı Cəbrayıl rayonun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edərək, 2020-ci il oktyabrın 9-da şəhid olmuşdur.
Azərbaycanın  ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə  borcunu şərəflə  yerinə yetirdiyi üçün  Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Cahangir Baxışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

      Şəhidin doğulduğu  Nardaran kəndində  keçirilən anım  Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı, RİH-in məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Rayon rəhbəri şəhidin ailəsinə başsağlığı verib, sonra çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan, həyatları bahasına torpaqlarımızı işğalçılardan azad etdiyini vurğulayıb.


  Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə müharibə əlillərinə daim  diqqət  və qayğı   göstərdiyin və  onların bütün sosisal problemlərnin həll olunması üçün bütün ölkə səviyyəsində görülən işlərdən danışılıb.
Şəhidin valideyinləri anım mərasimindəki çıxışlarında vətən üçün Cahangir  kimi  övlad böyütdükləri üçün qururlu olduqların bildirmişdirlər və bütün şəhidlərmizin əziz xatirəsin yad etdilər. Ölkə rəhbərliyi səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyev cənablarına öz təşəkkürlərin bildirdilər.

Keçidlər