Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsində Qobustan Rayon Şəhidi Məmmədov Bəxtiyar Bayramşah oğlunun Anım Günü.

30 oktyabr 2021 | 16:00

  Vətən Müharibəsində Qobustan Rayon Şəhidi Məmmədov Bəxtiyar Bayramşah oğlunun Anım Günü.

  Məmmədov  Bəxtiyar  Bayramşah oğlunun döyüş yolu.


  Məmmədov  Bəxtiyar  Bayramşah oğlu  1996-cı il avqustun 16-da Qobustan rayonunun Nabur kəndində anadan olub.
  Azərbaycan Respublikasının Ordusunun çavuşu olan Bəxtiyar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Bəxtiyar Məmmədov sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub.
  Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
  Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Keçidlər