Şriftin ölçüsü :

Saytın rəngi :

“8 Noyabr Zəfər Günü-siyasi iradə,güclü ordu, milli birlik və yüksək mənəviyyatın təntənəsi”

02 noyabr 2021 | 16:00

  Noyabrın 2-də Qobustan Rayon İcra Hakimiyyətinin(QRİH), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon bölməsinin və Dini Qurumlarla İş  üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin birgə  təşkilatçılığı ilə “8 Noyabr Zəfər Günü-siyasi iradə,güclü ordu, milli birlik və  yüksək mənəviyyatın təntənəsi” mövzusunda konfrans keçirilib.
  Konfransda Qobustan RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon bölməsinin rəisi İxtiyar Əhmədov, DQİDK-nın Şamaxı bölgəsi üzrə  şöbəsinin əməkdaşı Nahid Babaşov,Gənclər və İdman İdarəsinin rəisi Qadir Əkbərov,.Qobustan Gənclər Evinin direktoru Anar İrzaquliyev, qazilər ,müəllim kollektivi və şagirdlər iştirak ediblər..
Çıxışlar zamanı vurğulanıb ki,  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının qətiyyətli rəhbərliyi ilə Milli Ordumuzun qazandığı tarixi Qələbə müstəqil Azərbaycan dövlətinin hərb tarixinə qızıl hərflərlə həkk olunub.
  Bu Qələbəni, Zəfəri bizlərə yaşadan Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev cənablarının qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır!
   Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
   Konfrans pandemiya qaydalarına riayət etməklə keçirilib.

Keçidlər