Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsində Qobustan Rayon Şəhidi Quliyev Həsən Yalçın oğlunun Anım Günü.

12 noyabr 2021 | 16:00

Vətən Müharibəsində Qobustan Rayon Şəhidi Quliyev Həsən Yalçın oğlunun Anım Günü.

Quliyev Həsən Yalçın oğlunun döyüş yolu.

Quliyev Həsən Yalçın oğlu 9 iyul 2002-ci ildə Sündü kəndində anadan olub.


2020-ci il iyul ayının 17-si hərbi xidmət üçün Füzuliyə yola düşüb. Quliyev Həsən əsgər getdiktən 3 ay sonra isə Vətən Müharibəsi başlayıb. İlk döyüşü Füzulidə başlayıb. Füzuli, Xocavənd uğrunda gedən döyüşlərdə şücaətlə iştirak edib. Noyabrın 1-i Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Sündü kəndində dəfn olunmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  25.12.2020-ci il tarixli  sərəncamı ilə şəhid Həsən Quliyev “Füzulinin azad olunmasına görə” 25.12.2020-ci il tarixli sərəncamı ilə   “Xocavəndin azad olunmasına görə” və  “15.12.2020-ci il tarixli sərəncamı ilə Vətən uğrunda” medalları ilə təltif olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

Keçidlər