Şriftin ölçüsü :

Saytın rəngi :

"Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə"

03 dekabr 2021 | 16:00

  02 dekabr 2021-ci il tarixdə Qobustan rayon Gənclər Evində  Qobustan rayon İcra Hakimiyyətinin , Dini Qurumlarla İş  üzrə Dövlət Komitəsinin  Şamaxı bölgəsi üzrə şöbəsinin, Qobustan rayon Prokurorluğunun birgə  təşkilatçılığı ilə "Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə"mövzusunda seminar keçirilib.
  Seminarda  Qobustan RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə  şöbəsinin əməkdaşı Nahid Babaşov, Qobustan rayon polis şöbəsinin rəis müavini polkovnik-leytenant Əfqan Abdullayev, Qobustan rayon prokurorluğunun müstəntiqi Göhər Əmiyeva, Qobustan rayon Mərkəzi Xəstəxanasının xəstə xidmətləri şöbəsinin  mudiri Kəmalə Zərbəliyeva, Gənclər və İdman İdarəsinin rəis müavini Vüqar Mürsəlov, Gənclər evinin kollektivi,müəllimlər və fəal gənclər iştirak etmişlər..
  Seminarda mövzu haqqında çıxışlar edilmiş,gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

 

 

Keçidlər