Qobustan rayonunda "Narkomaniya və dini radikalizm ilə mübarizədə cəmiyyətin rolu" mövzusunda tədbir keçirilib.
Qobustan Rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Qobustan rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 11 yanvar 2022-ci il tarixdə müasir dövrümüzdə bəşəriyyətin bəlası olan "Narkomaniya və dini radikalizm ilə mübarizədə cəmiyyətin rolu" mövzusunda tədbir keçirilib.
Tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Avtandil Şikarov, Qobustan rayon Polis şöbəsinin əməliyyat işi üzrə rəis müavini Fərid Fətəliyev, rayon polis şöbəsinin xidmət işi üzrə rəis müavini Vüsal İsmayılov, Heydər məcsidinin İmamı Çingiz Babaşov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbənin əməkdaşı Nahid Babaşov, R.Behbudov adına Uşaq İncəsənət Muisiqi Məktəbinin direktoru Zaur Cəfərov, şəhər məktəblərinin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər. Tədbir
Tədbirdə mövzu ətrafında çıxışlar ediblər, iştirakçıları maraqlanıran suallar cavablandırılmışdır.
Tədbir pandemiya qaydalarına uyğun keçirilmişdir.