"20 yanvar - Ümumxalq Hüzn Günü"
19 yanvar 2022-ci il tarixində Qobustan və Şamaxı rayon İcra Hakimiyyətlərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə Şöbəsinin və Qafqaz Müsəlmanları idarəsinin Şamaxı bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə Şamaxı şəhərində "20 Yanvar - Ümumxalq Hüzn Günü" ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Qobustan və Şamaxı rayon İcra Hakimiyyətlərinin nümayəndələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə Şöbəsinin əməkdaşları, Qafqaz Müsəlmanları idarəsinin Şamaxı bölgəsi üzrə qazılığının əməkdaşları və hər iki rayonun din xadimləri iştirak edirdilər. Tədbir iştirakçıları Şamaxı şəhərindəki Şəhidlər Xiyabanını, 20 Yanvar faciəsində şəhid olmuş, Şamaxı rayonunda dəfn edilmiş soydaşlarımızın məzarlarını və onların ailə üzvlərini ziyarət etmişdirlər.