Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Qobustan rayon təşkilatının yeni sədri ictimaiyyət nümayəndələrinə təqdim edilib

11 fevral 2022 | 16:00

11 fevral 2022-ci il tarixdə Qobustan rayon İcra Hakimiyyətinin akt zalında Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının yeni təyin edilmiş sədri Qasım Qasımovun təqdimat mərasimi keçirilib.
   Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayandələri və partiya fəalları iştirak ediblər.
   Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvə olduğunu, öz ətrafında cəmiyyətin ən intellektual təbəqələrini birləşdirdiyini qeyd edib. İcra başçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Azərbaycanda Yeni Aazərbaycan Partiyasının da inkişafını davam etdirdiyini, partiyanın yeni Nizamnaməsinin hazırlandığını və bu Nizamnamin tələblərinə uyğun olaraq Yeni Azərbaycan Partiyası İdarə Heyətinin 28 yanvar 2022-ci il tarixli qərarı ilə partiyanın yerli təşkilatlarına sədrlər təyin olunduğunu bildirib, YAP Qobustan rayon təşkilatına yeni təyin edilmiş sədr Qasımov Qasım Nurməmməd oğlunu ictimaiyyətə təqdim edib.
   Tədbirdə çıxış edən Qobustan RİHBA-nım İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Aftandil Şikarov, Qobustan rayon Bədəlli kənd İƏD üzrə nümayyəndə Hamlet Ağayev və Ağsaqqallar şurasının üzvü Təhmiraz Ağaquliyev partiyanın rayon təşkilatının fəaliyyətindən, onun rayonda böyük nüfuza malik olmasından danışaraq yeni sədrin fəaliyyəti dövründə ona dəstək olacaqlarından bildirib, məsuliyyətli və şərəfli işdə ona uğurlar arzulayıblar.
   Sonra təşkilatın yeni sədri Qasım Qasımov çıxış edərək göstərilən böyük etimada görə Partiyanın sədri, Prezident cənab İlham Əliyevə, YAP sədrinin I müavini Mehriban xanım Əliyevaya, YAP Mərkəzi Aparatının rəhbərinə,  YAP İdarə Heyətinin üzvlərinə və rayon rəhbərliyinə təşəkkürünü bildirib, çətin və məsuliyyətli vəzifəni şərəflə yerinə yetirəcəyinə söz verib.

Keçidlər