Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayonunun Təsi kəndinə təbii qazın çəkilişinə başlanılıb.

24 fevral 2022 | 16:00

Qobustan rayonunun Təsi kəndinə təbii qazın çəkilişinə başlanılıb.

İşlər “Azəriqaz” İB-nin Təmir-tikinti idarəsi tərəfindən görülür. Kəndə 4 kilometr məsafədən daşıyıcı və müxtəlif diametrli 7000 metrədək daxili xətlər çəkilməklə 76 abonentə təbii qazın verilməsi təmin ediləcək. İşlərin may ayınadək başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Təsi kəndinin qazlaşdırılması ilə rayonda təbii qazla təmin olunan kəndlərin sayı 24-ə çatdırılacaq. Beləliklə, Qobustanda yaşayış mövcud olan kəndlərin 82,7 faizi, ev təsərrüfatlarının isə 98 faizi qazlaşdırılmış olacaq.

AZƏRTAC

Keçidlər