Şriftin ölçüsü :

Saytın rəngi :

5 mart-Bədən Tərbiyəsi və İdman Günü

04 mart 2022 | 16:00

“5 mart-Bədən Tərbiyəsi və İdman Günü” nə həsr olunmuş tədbir
Qobustan rayon İcra Hakimiyyətinin Akt zalında “5 mart-Bədən Tərbiyəsi və İdman Günü” nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin başcısı Adil Məmmədov, RİH-nin başçısının müavini Təranə Güləliyeva, Qobustan Rayon Gənclər və İdman İdarəsinin  rəisi Qadir Əkbərov, tanınmış idmançılar və qonaqlar  iştirak etmişdir.
Tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Qadir Əkbərov çıxış edərək  bədən tərbiyəsi və idman günü münasibətilə bədən tərbiyəsi və idman ictimaiyyətini təbrik etmiş və rayon idmançıları adından göstərilən diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başcısına minnətdarlığını bildirmişdir. O öz çıxışında bildirmişdi  ki, bu tarix Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması heç də təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.
Dünyanı cənginə alan COVİD-19 pandemiyasının fəsadlarına baxmayaraq Qobustan idmançıları son illər respublika və beynəlxalq yarışlarda yüksək nəticələr göstərmişlər. Qobustan rayon UGİM-nin yetirməsi Babarəhim Mirzəyev ötən il yeniyetmələr arasında Avropa Kuboku yarışında və Avropa birinciliyində III yeri tutmuşdur. Sərbəst güləşçi Namus Orucov böyüklər arasında Azərbaycan çempionatında III yerə, gənclər arasında isə I yerə layiq görülmüşdür. Ağır atletika üzrə gənclər arasında Avropa çempionu Dadaş Dadaşbəyli Moskvada keçirilən böyüklər arasında Avropa çempionatında III yeri tutmuşdur. 3 qat Dünya çempionu İbad Rzazadənin yetirməsi Mehrab Əsgərov karate üzrə Avropa kəmərinə layiq görülmüşdür.
Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək 5 Mart-Bədən tərbiyəsi və İdman günü münasibətilə idmançıları təbrik etmiş, onlara dəyərli tövsiyyələrini vermişdir.  
Tədbirdə  bir  qrup  idmançı  5 mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə  idmanda  əldə  etdiyi  yüksək nailiyyətlərə görə, habelə bir qrup  məşqçi-müəllim yeniyetmə və gənclər  arasında  idmanın təbliğində  göstərdiyi  səmərəli  fəaliyyətinə  görə  Qobustan Rayon İcra Hakimiyyətinin və Gənclər və İdman İdarəsinin təsis etdiyi fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Keçidlər