Təklə kənd sakinləri ilə səyyar görüş keçirildi
2022-ci il mart ayının 15-də, Təklə kəndində Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Qobustan rayon Təklə kəndinin sakinləri ilə səyyar görüş keçirdi. Görüşdə Hüquq Mühafizə orqanları, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri iştirak edirdi. Sakinlər çıxış edərək rayonumuzda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.