Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan rayon Gənclər mərkəzində Novruz bayramı münasibəti ilə tədbir keçirilmişdir.

19 mart 2022 | 16:00

18 mart tarixində  Qobustan rayon Gənclər mərkəzində Novruz bayramı münasibəti ilə tədbir keçirilmişdir. Keçirilən tədbirdə rayon rəhbərliyi, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak etmişlər. Xalqımızın müqəddəs bayramı olan Novruz hər gəlişi ilə ürəklərə hərarət, könüllərə təravət gətirir. Soyuq qış aylarından sonra təbiətin oyanışı,dağ və yamacların yaşıl örpəyə bürünməsi insanlarda həyat eşqini daha da artırır.Belə bir vaxtda hər kəsin ürəyində bir arzu baş qaldırır ki, o da gündən günə çiçəklənən müstəqil Azərbaycanı bundan sonra da firavan görmək. Bu günlər respublikamızın bütün bölgələrində bayram əhval-ruhiyyəsi hökm sürür.
   Tədbir ilk öncə Qobustan rayon Gənclər mərkəzinin önündə böyük bir tonqal qurulması ilə başladı. Qobustan rayon icra hakimiyyətinin başçısı cənab Adil Məmmədov bayram tonqalını alışdırdı və bayram tədbiri başlandı. Rəsmi hissə Qobustan rayon Gənclər mərkəzində davam etdi. Tədbirdə  Qobustan rayon icra hakimiyyətinin başçısı cənab Adil Məmmədov çıxış edərək bütün qobustanlıların bayramını təbrik edərək qürurla vurğuladı ki, Novruz xalqımızın sevimli bayramıdır. Əsrlər boyu yurdumuzda bu bayram təntənə. coşqu ilə qeyd edilir. Azərbaycanda hər il mart ayında qeyd olunan xonçalı, xoş qədəmli, ruzi-bərəkətli Novruz baharın gəlişi, təbiətin canlanması, torpağın oyanışı ilə bağlıdır. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər üzərində qurulub. Bu gün keçirilən Novruz bayramı hamı da xoş ovqat yaradır. A.Məmmədov çıxışının sonunda Qobustan rayonuna göstərilən diqqət və qayğıya görə  möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkürünü bildirdi.

Keçidlər