“Qızların təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri"
Qobustan şəhər Elyar Vəliyev adına 2 saylı tam orta məktəbində Qobustan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qızların təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Nahid Babaşov, rayon Təhsil Şöbəsinin məsul əməkdaşı Mahir Soltanov və Qobustan şəhər 2 saylı məktəbin müəllimləri iştirak ediblər. Çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub. Qızların təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri izah edilib. Eyni zamanda, bu cür halların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb