Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev və müasir Azərbaycan

06 may 2016 | 16:00

Heydər Əliyev və müasir Azərbaycan
06 may 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində Qobustan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev və müasir Azərbaycan" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə YAP Qobustan rayon Təşkilatının sədri Füzuli Gülalıyev, Qobustan rayon Gənclər və İdman idarəsinin rəisi Qadir Əkbərov, Qobustan rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Vasif Zamanov və gənclər iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.Sonra tədbir iştirakçıları ulu öndərdən bəhs edən filmə baxdılar.Qobustan rayon Gənclər və İdman İdarəsinin rəisi Qadir Əkbərov tədbiri giriş sözü ilə açaraq,ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixində özünəməxsus yeri və rolu olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan dövlətçiliyinin başının üstünü “qara bulud”lar alanda ulu öndər Heydər Əliyev öz vətənin, xalqının dadına yetişərək dağılmaqda olan ölkəni hegemon dövlətə çevirdi. “Bütün həyatını Azərbaycan xalqının xoşbəxt gələcəyinə həsr etmiş Heydər Əliyev şəxsi keyfiyyətləri ilə də yaddaşlarda silinməz iz qoymuşdur. Heydər Əliyev güclü yaddaşı, yüksək təşkilatçılıq bacarığı, tükənməz enerjisi və zəhmətsevərliyi, cəsarəti, qətiyyəti və iradəsi, eyni zamanda insanpərvərliyi və qayğıkeşliyi ilə insanların dərin rəğbətini və sevgisini qazanmışdır”. YAP Qobustan rayon Təşkilatının sədri Füzuli Gülalıyev çıxış edərək, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan Milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Təsadüfi deyildir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunmuşdur. Bu günlər hər birimiz Heydər Əldiyevin Vətən və millət qarşısında misilsiz tarixi xidmətlərini bir daha minnətdarlıq hissi ilə xatırlayırıq. Sonda A.Qayıblı adına Qobustan şəhər 3 saylı tam orta məktibinin şagirdləri tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

Keçidlər