Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustanda Ulu Öndərin əziz xatirəsi yad edildi

10 may 2016 | 16:00

Qobustanda Ulu Öndərin əziz xatirəsi yad edildi

Mayın 10-da Qobustanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə mərasim keçirilmişdir.
Minlərlə qobustanlı  rayonun Heydər Əliyev parkına gələrək Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, Ulu Öndərə öz hörmət və ehtıramını, ümümxal məhəbbətini nümayiş etdirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, rayon rəsmiləri, hüquq-mühafizə orqanları, idarə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri, ziyalılar və meydana toplaşan minlərlə qobustanlı Azərbaycan xalqının Ümummillli lideri Heydər Əliyevi hörmətlə anaraq abidəsi önünə tər gül-çiçək dəstələri düzmüşlər.
Mərasimdən sonra Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ümumrayon iməciliyi keçirilmişdir. Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, rayonun idarə, müəssisə, təşkilatlarının kollektivləri və sakinlərin iştirakı ilə keçirilən iməcilik zamanı şəhərin bütün park, bağ və xiyabanlarında, avtomobil yollarının kənarlarında abadlıq və yaşıllaşdırma işləri aparılmış, 1600 ədəddən çox gül və bəzək kolları əkilmişdir

Keçidlər