Şriftin ölçüsü :

Saytın rəngi :

"Tour d’Azerbaidjan-2016" veloyürüşünün 2-ci mərhələsinə start verilib

05 may 2016 | 16:00

"Tour d’Azerbaidjan-2016" veloyürüşünün 2-ci mərhələsinə start verilib

2016-cı il may ayının 4-dən 8-dək Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş, Bakı və Sumqayıt şəhərləri, Abşeron, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazisindən keçməklə 5 mərhələdən ibarət olan "Tour d’ Azerbaidjan-2016"  beynəlxalq velosiped turu keçiriləcəkdir.
5 May "Tour d’Azerbaidjan-2016" veloyürüşünün 2-ci mərhələsinə start verilib.
Turun ikinci mərhələsi mayın 5-də Bakı şəhərində Şıx çimərliyi ilə üzbəüz  ərazidəki Velosiped parkından start götürüb “Bakı-Abşeron-Qobustan-Şamaxı-İsmayıllı” marşurutu üzrə keçiriləcəkdir. Qobustanda velosipedçilərin gəlişi münasibətiylə böyük izdiham vardı. Qobustan əhalisi əllərində bayraqlarla velosipedçiləri alqışlarla və sevinclə qarşıladılar.

Keçidlər