Mini-futbol üzrə Qobustan rayon çempionatı başa çatdı
Mini-futbol üzrə Qobustan rayon çempionatı başa çatdı
10 may 2016-cı il tarixdə Qobustan Olimpiya İdman Kompleksində Qobustan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş idarə, müəssisə və təşkilatlar arasında mini-futbol üzrə Qobustan rayon çempionatına yekun vuruldu. Çempionat 25 gün davam etmişdir.
Final oyununda Qobustan rayon İcra Hakimiyyətinin komandası ilə -Qobustan rayon Dövlət Yanğından Mühafizə Xidmətinin komandasını qarşılaşırdılar. Gərgin mübarizə şəraitində keçən oyunun əsas və əlavə vaxtında hesab açılmadı. Oyun sonrası vurulan penaltiləri daha dəqiq yerinə yetirən Qobustan rayon İcra Hakimiyyətinin komandası 4-2 hesabı ilə qalib gələrək kuboku başları üzərinə qaldırmışlar.
Mükafatlandırma mərasimində çıxış edən Qobustan rayon İcra Hakimiyyəti başçısının müavini Məhatət Əkbərov və Qobustan rayon Gənclər və İdman idarəsinin rəisi Qadir Əkbərov, ümummilli lider Heydər Əliyevin örnək həyatı, siyasi fəaliyyəti və dövlət quruculuğunda gördüyü işlər haqqında ətraflı məlumat vermişlər.
Qalib komanda Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomla mükafatlandırılmışdır.