Şriftin ölçüsü :

Saytın rəngi :

28 may – Respublika gününə həsr olunmuş cudo üzrə Qobustan rayon açıq birinciliyi keçirilmişdir.

22 may 2016 | 16:00

28 may – Respublika gününə həsr olunmuş cudo üzrə Qobustan rayon açıq birinciliyi keçirilmişdir.
22 may 2016-cı il tarixdə rayon Gənclər və İdman idarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Qobustan  İdman  Kompleksində  “28 May – Respublika günü”-nə həsr olunmuş 2000-2001-ci (2002), 2003-2004-cü (2005) və 2006-2008-ci il təvəllüdlü  aşağı yaşlılar və yeniyetmələr arasında cüdo üzrə Qobustan rayon açıq birinciliyi keçirilmişdir. Yarışda ölkəmizin paytaxtı Bakı şəhərindən və müxtəlif rayonlarından 15 komanda olmaqla, 300 – dək idmançı iştirak etmişdir.
Açılış mərasimində  Dövlət Himni səsləndirilmişdir.
Açılış mərasimindən sonra çıxış edənlər, Qobustan rayon İcra Hakimiyyətinin başçısının müavini Məharət Əkbərov, rayon Gənclər və İdman idarəsinin rəisi Qadir Əkbərov, Azərbaycan Cüdo Federasiyasının Regionların inkişaf sektorunun müdiri Tərlan Poladov, ACF Hakimlər komissiyasının üzvü Nazim Umbayev  və AGF Yarışların təşkili komissiyasının mütəxəssisi, respublika dərəcəli hakim Əli Kərimov, Azərbaycanın dünyada bir idman ölkəsi kimi tanınmasında ölkə Prezidenti İlham Əliyev cənablarının həyata keçirdiyi uğurlu idman siyasətini və cüdonun ölkəmizdə günü-gündən inkişaf etdiyini qeyd edərək, idmançılara müvəffəqiyyətlər arzulamışlar.
Yarışda Qobustan idmançıları uğurla çıxış etmişlər. İdmançılarımızdan Röyal Qayıbov, Yafəs Mövləmov, Niyət Yaqubov  və Xəyyam Abdinov  I yerə, İlham Xankişiyev  II yerə, Sənan Zahidov , Samir Qayıbov, Yusifov İlham  və  Azər Əhmədov  III yerə layiq görülmüşlər. 
Yarışda I-III yerləri tutmuş idmançılar Qobustan rayon Gənclər və İdman idarəsi tərəfindən  diplom və medallarla mükafatlandırıldı.

Keçidlər