Qobustanda 1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”
Məlumat üçün bildiririk ki,1950-ci iyun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfrans”ında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndikdən sonra 1iyun tarixinin uşaqlarının beynəlxalq müdafiəsinə həsr edilməsi barədə qərar qəbul edilmişdir.Bundan sonra,iyunun 1-i “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi tarixə düşüb.Dünyanın əksər ölkələrində olduğu kimi,1 İyun-“Uşaqların Beynəlxalq Müdafiəsi Günü” Azərbaycan Respublikasında da qeyd edilir.
1 İyun 2016-cı il tarixdə Qobustan rayon Gənclər Mərkəzində “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirildi. Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Güləliyeva, rayon icra hakimiyyəti hüquq şöbəsinin məsləhətçisi İradə Məmmədova, şəhər 3 saylı məktəbin müəllimi Sədaqət Məhərrəmova çıxış edərək bütün uşaqları təbrik etdilər.Çıxışlarda ölkə prezidenti İlham Əliyev cənablarının qeyd olunan sahədə apardığı məqsədyönlu siyasətin əhəmiyyəti xüsusi olaraq vurğulandı.Tədbirin bədii hissəsində Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin və Təklə kənd Uşaq Musiqi məktəbinin şagirdlərinin iştirakı ilə geniş konsert proqramı nümayiş olundu.