Şriftin ölçüsü :

Saytın rəngi :

Ərəbşalbaşda Şadlıq sarayının açılışı

28 may 2016 | 16:00

Ərəbşalbaşda Şadlıq sarayının  açılışı

Qobustan rayonunda 28 May Respublika günü münasibəti ilə silsilə tədbirlər həyata keçirildi. Bu əziiz bayram günündə rayonun Ərəbşalbaş kəndində şadlıq sarayının  açılışı oldu. Açılışda  Qobustan RİH-nin başçısı Adil Məmmədov, RİH-nin əməkdaşları, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri istirak edirdilər.
Qobustan RİH-nin başçısı Adil Məmmədov rəmzi açılışı  bildirən lenti kəsdikdən sonra geniş nitq söylədi. O, əvvəlcə  28 May Respublika Günü münasibəti ilə qobustanlıları və onların timsalında bütünlükdə xalqımızı təbrik edərək bildirdi ki, şadlıq sarayının açılışı çox gözəl tarixi günə təsadüf edir.   Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir. Çünki həmin gün-1918-ci il mayın 28-də-Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxmışdır. 1918-ci il mayın 28-də “İstiqlal bəyannaməsi”ndə Azərbaycanın müstəqil dövlət olduğu elan edildi. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində yaranmış ilk xalq-demokratik respublikası idi.
  Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən sahibkarlara yaradılan əlverişli şəraitdən danışan başçı, bu tendensiyanın rayonumuzda da inkişaf etdiyini vurğuladı. Son illərdə Çuxanlı kəndində əməkdar artist Elnarə Abdullayeva tərəfindən su çəkilişini, Sündü kəndində Hacı İqbalın maliyyə dəstəyi ilə Mərasim Evinin tikilişini, Ərəbşahverdi kəndində Hacı Əlikram tərəfindən Xeyir-Şər Evinin tikilişini və s. buna misal göstərmək olar. Dinamik inkişafda olan Ərəbşalbaş kəndində isə sahibkarlar tərəfindən son illər ardıcıl olaraq yeni yol və obyektlərin istifadəyə verilməsi artıq ənənə halını almışdır. Buna misal olaraq  Rasim  Mustafayevin  tərəfindən kənddə müasir standartlara cavab verən   asfalt yolu salınmasını, Əzizxan Fərhadovun vəsaiti hesabına çınqıl  yolun çəkməsini, Akif Xankişiyev tərəfindən bu gün açılışına toplaşdığımız şadlıq sarayını inşasını və s. göstərmək olar. Bu sahibkarlarımızın dövlət tərəfindən göstərilən qayğıya  əməli cavablarıdır və inanıram ki, bu işlər, bu münasibət daha da genişlənəcəkdir. RİH-nin başçısı Adil Məmmədov sahibkarların doğulub boya-başa çatdığı məkana isti münasibət nümayiş etdirmələrini əsil vətənpərvərlik nümunəsi kimi dəyərləndirdi. Və kənd əhalisinin, ağsaqqalların mərasimdə iştirakından istifadə edərək gəncləri vətənə, torpağa, elə bağlı ruhda böyütməyi tövsiyə etdi. Bu ilin aprel ayında cəbhədə baş verən hadisələrdən danışan başçı bu döyüşlərdə qəhrəmanlıq, şücaət göstərən el oğullarımız barədə söhbət açdı. A.Məmmədov ağsaqqalları, ziyalıları dini radikalizm meyllərinə qarşı xüsusi diqqətli olmağa çağıraraq, bunun böyük bəla olduğunu misallarla göstərdi.
A.Məmmədov Ərəbşalbaş kəndinin problemlərinin həll edilməsində ərazi icra nümayəndəsi Solmaz Mehralıyevanın xidmətlərini də yüksək qiymətləndirdi. Çıxışının sonunda RİH-nin başçısı rayon əhalisi adından ”Ərəbşalbaş” Şadlıq sarayının sahibi Xankiyev Akif Əliyusif oğluna təşəkkürünü bildirdi. İcra başçısı qeyd etdi ki, bütün bu işlərdə Rayon İcra Hakimiyyəti daima sahibkarların, iş adamlarının  yanındadır və heç vaxt öz diqqət və qayğısını onlardan əsirgəməyəcəkdir.
Sonra Ərəbşalbaş kəndi üzrə ərazi icra nümayəndəsi Solmaz Mehralıyeva, Rayon Ağsaqqallar Şurasının sədri Şıxbala Bayramov, kənd ağsaqqallarından Mayıl   çıxış edərək sevinclərini bölüşdülər. Çıxışlarda bildirildi ki, əvvəllər rayon əhalisi bu baxımdan çox əziyyət çəkir, xeyir işlər üçün  qonşu rayona üz tuturdular. Bundan sonra isə yeni istifadəyə verilmiş  500 yerlik “Ərəbşalbaş” Şadlıq sarayı Ərəbşalbaş, Çuxanlı, Təklə, Təklə-Mirzəbaba, Xilmilli, Sündü, Nabur kəndlərinin əhalisi və ümumilikdə  rayon sakinlərinə xidmət göstərəcəkdir.  Çıxış edənlər iş adamlarına, sahibkarlara yaratdığı şəraitə və respublikamızın günü-gündən çiçəklənməsinə görə ölkə başçısına minnətdarlıqlarını bildirərək ona möhkəm can sağlığı, işlərində uğurlar arzuladılar.
  Açılış mərasimi Aşıq Vüqar Mahmudoğlu və digər sənətçilərin ifalarında rəngarəng musiqi nömrələri ilə davam etdi.

Keçidlər