Qobustan rayon İcra Hakimiyyəti başçısının Qobustan şəhər sakinlərinin iştirakı ilə keçirilmiş səyyar qəbulu
2 iyun 2016-cı il tarixdə Qobustan rayon İcra Hakimiyyəti başçısı cənab Adil Məmmədov Qobustan şəhər əhalisinin iştirakı ilə Gənclər Mərkəzində səyyar qəbul keçirmişdir. Qəbulda şəhər sakinləri, idarə və müəssisə rəhbərləri iştirak etmişdir. Qəbul zamanı son aylarda Qobustan şəhərində aparılan abadlıq və quruculuq, kənd təsərrüfatı işləri haqqında məlumat verilmişdir.
Qəbul zamanı Qobustan şəhər 3 saylı məktəbin müəllimi Mirəli Səlimov, Qobustan şəhər 3 saylı məktəbin müəllimi Vüqar Mikayıllı,şəhər sakinləri Xətai Talıbov, Məcnun Xudaquliyev, Təhmiraz Ağaquliyev və Xanbala İsmiyev, Qarabağ müharibəsi əlili Azər Novruzov, sahibkar Saday Xudaquluyev öz problemlərini və təkliflərini bildirdilər.
Qobustan RİH-nin başçısı cənab Adil Məmmədov qaldırılmış problemlərin qısa müddətdə həll olunması üçün aidiyyatı üzrə idarə və müəssisə rəhbərlərinə göstəriş verdi və görülmüş tədbirlər haqqında sakinlərə məlumat verməyi bildirdi.
Qobustan rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-Dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov dini məsələlər və multikultural vəziyyət barədə məlumat verdi.
Şəhər ziyalıları İmran Sabirov, Ənvər Qayıbov səyyar qəbulların tez-tez keçirilməsinə, Qobustan şəhərində yüksək səviyyədə aparılan abadlıq və quruculuq işlərinə görə Qobustan RİH-nin başçısı cənab Adil Məmmədova minnətdarlıqlarını bildirdilər.
Səyyar qəbulun sonunda Qobustan RİH-nin başçısı cənab Adil Məmmədov Qobustan şəhərində vətəndaşların səyyar qəbulunda qaldırılmış promlemlərin qısa müddətdə həll olunacağını bildirdi və şəhərdə aparılacaq abadlıq və quruculuq işlərindən danışdı.