Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun “Milli Qurtuluş günü”

13 iyun 2016 | 16:00

 

13.06.2016-cı il tarixdə Qobustan rayonunda 15 İyun “ Milli Qurtuluş günü”nə həsr olunmuş tədbir keçirildi.Rayon ictimaiyyəti Ulu öndər,dahi şəxsiyyət  Heydər Əliyevin  abidəsi önünə əklillər,qızılgüllər,tər qərənfillər düzdülər.
    Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirildi.İlk növbədə rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov cənabları çıxış edərək bütün Qobustanlıları əziz və müqəddəs bayram olan “Milli Qurtuluş günü” münasibətilə səmimi-qəlbdən təbrik etdi,Ulu öndər Heydər Əliyevin xalqımızın tarixindəki müstəsna xidmətlərindən bəhs etdi.
   Tədbir rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı geniş konsert proqramı ilə davam etdirildi. Azərbaycan Respublikasının Əməkdar Artisti Elnarə Abdullayevanın,Aşıq Vüqar Mahmudoğlunun,Aşıq Rza Məmmədovun,gənc müğənni Mətanət Kərimovanın,gənc xanəndə Nicat Cəbrayılovun,Şəhər Uşaq İncəsənət məktəbinin şagirdi gənc istedad Rauf Ağaquliyevin çıxışları tədbir iştirakçıları tərəfindən yüksək səviyyədə

qarşılandı.

 

Keçidlər