Şriftin ölçüsü :

Saytın rəngi :

Qobustan Rayon İcra Hakimiyyətinin təşəkilatıçılığı ilə “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib

09 iyun 2016 | 16:00


İyunun 9-da Qobustan Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib. Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Güləliyeva, şöbənin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Dini Qurumlarlaiş üzrə dövlət komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Dövlət Təhlükəsizliyi Xidmətinin Şamaxı Rayon Şöbəsinin əməkdaşı Ramil Zeynallı, Qobustan rayon Polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi Dəyanət Rəcəbov, Gənclər və idman idarəsinin rəisi Qadir Əkbərov, “Qobustan” qəzetinin redaktoru Lalə Maksudova, Rayon Təhsil şöbəsinin əməkdaşları o cümlədən rayon ərazisində mövcud olan orta ümumtəhsil məktəblərinin “Həyat Bilgisi” fənnini tədris edən müəllimləri və yuxarı sinif şagirdləri həmçinin rayon gəncləri  iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Qobustan Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov 2016-cı ili möhtərəm Prezidentinmiz tərəfindən Multikulturalizm ili elan etməsindən, bu fərmandan irəli gələn vəzifələrdən, hər kəsin bu sahədə məsuliyyətindən danışdı. O dini radikalizm və onun fəsadlarından bəhs etdi həmçinin dini radikalizmlə mübarizədə marifləndirmənin  böyük rolunu qeyd etdi.

Keçidlər