QOBUSTANDA SƏHIYYƏ IŞÇILƏRININ PEŞƏ BAYRAMI QEYD OLUNDU
Hər il olduğu kimi bu il də Tibb işçilərinin peşə bayramı qeyd olundu.Tədbiri giriş sözü ilə rayon mərkəzi xəstəxanasının baş həkimi Emin Hüseyn açaraq səhiyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik edərək, çətin və fədakar fəaliyyətində onlara uğurlar arzuladı. Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Güləliyeva tibb işçilərini təbrik etdi, dövlət səhiyyə siyasətinin uğurlarından, tibb içşilərinin Hipokrat andına sadiq qalmalarından, Prezidentimizin bu sahəyə xüsusi diqqət və qayğısından, xidmət sahələrində bundan sonra daha çox iş görüləcəyindən,insanların sağlamlığı keşiyində daha da əsaslı tədbirlər həyata keçiriləcəyindən danışdı. Sonra tibb işçiləri də öz ürək sözlərini qeyd etdilər.
Rəsmi hissə bitdikdən sonra, tədbir musiqi proqramı ilə davam etdi.